Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Media / Arqument.az saytının üzərindən blok götürüldü

Arqument.az saytının üzərindən blok götürüldü

Arqument.az saytının üzərinə qoyulmuş bloklama qərarı məhkəmə qərarı ilə ləğv edildi.

Bu barədə saytın rəhbəri Şəmşad Ağa bu dəqiqələrdə sosial şəbəkədə canlı yayımda məlumat verib.

Ş.Ağa bildirib ki, vəkili ona bu gün səhər saatlarında Apellyasiya Məhkəməsidə proses olması barədə məlumat verib: “Biz də məhkəməyə gəldik. İlk dəfə olaraq bir saytın üzərindən blok götürülüb. Apellyasiya Məhkəməsi Səbayel rayon məhkəməsinin qərarını ləğv edib. Nə baş verdiyini bilmirik. Amma heç kimə təşəkkür etmirik. Saytın bloklanması qanunsuz qərar idi”. (Musavat.com)

Həmçinin oxuyun

Milli Televiziya və Radio Şurası bu şirkətin lisenziyasını ləğv etdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan daxil olan məlumata görə, iclasda teleradio …