Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Armo Store” vətəndaşlara qənim kəsilib? – FOTOFAKT

“Armo Store” vətəndaşlara qənim kəsilib? – FOTOFAKT

Ölkə əhalisinin sağlam və təmiz məhsullarla təmin edilməsi ölkə rəhbəri İlham Əliyevin həmişə diqqət mərkəzində dayanır. Prezident dəfələrlə bildirir ki, insanları əsasən də uşaqları sağlam qida ilə təmin etmək lazımdır. Amma Azərbaycandakı əksər supermarketlər bu qaydaları kobud şəkildə pozur, nəinki məhsulun qiymətinə nəzarət etmir, əksinə keyfiyyətə belə nəzarət edən yoxdur.
Təxminən bir il əvvəl ölkənin süpetmarketlər şəbəkəsinə “ARMO STORE” adlı bir market daxil oldu. Bu il ərzində ciddi uğur qazana bilməyən “ARMO STORE” şəbəkəsi mağaza sayını artıra bilmədi.
Adda-budda fəaliyyət göstərən bu marketlərə isə qətiyyən nəzarət olunmur. Çox ciddi məmurların birinə məxsus olan bu marketlər şəbəkəsinə heç qaşın üstə gözün var deyən də yoxdur. Elə buna görədir ki, marketdəı olan məhsulların istifadə tarixinə belə fikir verilmir.
Sizə tədqim olunan 100 qr-lıq Tulçinka yağı sözügedən marketdən alınıb. Bunu əlimizdə olan qəbz də təqsdiq edir. Yağ istifadəyə tamamilə yararsızdır və kiflənmiş və kəskin qoxulu haldadır.
Məlumat üçün bildirək ki, “ARMO STORE” şəbəkəsində bu kimi hallar tez-tez baş verir. Ən qəribəsi odur ki, neqativlərin aradan qaldırılması üçün heç bir ciddi addım atılmır.
Bizimxeber.az

"Armo Store" vətəndaşlara qənim kəsilib?
"Armo Store" vətəndaşlara qənim kəsilib?
"Armo Store" vətəndaşlara qənim kəsilib?
"Armo Store" vətəndaşlara qənim kəsilib?
"Armo Store" vətəndaşlara qənim kəsilib?

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın