Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / “Araz” marketlər şəbəkəsi kiflənmiş pendirə görə jurnalistdən üzr istədi – AÇIQLAMA

“Araz” marketlər şəbəkəsi kiflənmiş pendirə görə jurnalistdən üzr istədi – AÇIQLAMA

Daha əvvəl məlumat verdiyimiz kimi, tanınmış jurnalist Səbuhi Məmmədli sosial şəbəkə hesabında “Araz” marketdən aldığı məhsulun kiflənmiş olması ilə bağlı paylaşım edib. “Araz” marketlər şəbəkəsi yaranmış problemlə bağlı açıqlama yayıb. 

Sözgedən supermarketlər şəbəkəsi Oxu.Az-a verdiyi açıqlamasında yaranmış vəziyyətlə əlaqədar jurnalistdən üzr istəyib:

““Naş moloçnik” pendiri Ukraynanın “Ukro produkt” zavodunun  məhsuludur. İdxalçısı isə “Avrora” şirkətidir. Məhsulun istifadə müddəti keçməyib. Onu da qeyd edək ki, bu pendirlər xüsusi qablaşdırılmalarda olur. Sadəcə olaraq, yay mövsümündə çatdırılma və yaxud saxlanma şəraiti ilə bağlı belə problemlər ortaya çıxa bilir. Təəssüf ki, bu cür vəziyyət yaşanıb. Mövcud vəziyyətlə əlaqədar jurnalist Səbuhi Məmmədlidən üzr istəyirik”.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …