Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / Apteklərdə saxta dərmanlar satılır – XƏBƏRDARLIQ

Apteklərdə saxta dərmanlar satılır – XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi tərəfindən apteklərə və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edib. Nazirliyin yaydığı məlumata əsasən müvafiq keyfiyyət sertifikatı olmayan, dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı və tibdə istifadə halları son zamanlar geniş yayılıb. Bu barədə xəzərxəbər məlumat yayıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdirinin müavini Pərviz Əzizbəyovun sözlərinə görə, dərmanların dövlət qeydiyyatına alındığını göstərən müəyyən məqamlar var və vətəndaşlar buna xüsusi fikir verməlidirlər.
Nazirliyin digər xəbərdarlığı isə yazılan reseptlərlə bağlıdır.
Bu qaydalara əməl etməyənlərə qarşı sərt tədbirlər görüləcək. İlk növbədə araşdırmalardan sonra qanuna uyğun olmayan aşkar edilərsə, yüksək məbləğdə cərimələr tətbiq ediləcək. (İstipress)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın