Ana səhifə / Media / Aparıcı Ərdoğana diktator dediyi üçün işdən çıxarıldı

Aparıcı Ərdoğana diktator dediyi üçün işdən çıxarıldı

Taylandlı TV aparıcısı Fitafon Eariyakun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana diktator dediyi üçün işdən çıxarılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu Mesut Özilə qarşı edilən ayrıseçkilik məsələsinin müzakirə edildiyi proqramda aparıcı Ərdoğan barədə “1000 otaqlı saray inşa edən, seçkilərdə hiylə işlədən, jurnalistlərə təzyiq göstərən diktator” fikrini səsləndirib.
Taylandda fəaliyyət göstərən “Sülh üçün Müsəlmanlar” təşkilatı bu mövqeyə görə jurnalistin cəzalandırılmasını tələb edib. Daha sonra gündəmə düşən məsələ Eariyakunun işdən çıxarılması ilə nəticələnib.
Firafon Eariyakun Türkiyənin Taylanddakı səfiri Evrən Dağdələn Akgündən işlətdiyi ifadəyə görə üzr istəyib.

Həmçinin oxuyun

AzTV-də daha bir yenilik… – FOTO

Azərbaycan televiziyasında yeni və daha gözəl studiya qurulub. Kult.az xəbər verir ki, AzTV-nin sosial şəbəkə hesabında …