Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Media / APA xəbər agentliyi fəaliyyətini bərpa etdi

APA xəbər agentliyi fəaliyyətini bərpa etdi

APA informasiya agentliyi fəaliyyətini bərpa edib.

Musavat.com xəbər verir ki, ötən ildən fəaliyyətini dayandırmış agentlik bu gündən fəaliyyətə başlayıb. Saytın dizaynında azca dəyişiklik edən Apa.az 3 dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən bərpa edib.

Qeyd edək ki, holdinqə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmışdı. Bunun nəticəsində isə, Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı. 

Bundan öncə isə, “APA Hodinq”in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency – ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı.Daha sonra isə Lent.az, Kulis.az, və Vesti.az fəaliyyətini bərpa etmişdi.

Agentliyinin fəaliyyətini yenidən bərpa etməsinə görə, həmkarlarımızı və bütün media cameəsini təbrik edirik.

Musavat.com

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …