Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / APA İnformasiya Agentliyinin “APA Bloq” bölməsi yaradılıb

APA İnformasiya Agentliyinin “APA Bloq” bölməsi yaradılıb

APA İnformasiya Agentliyində dünyanın tanınmış informasiya agentliklərinin də trendi olan “Bloq” bölməsi yaradılıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “APA Bloq” ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda yerləşdiriləcək.

apa.az saytından keçid etməklə, yaxud apa.az/blog saytına daxil olmaqla bloqda yerləşdirilmiş yazıları oxuya bilərsiniz.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …