Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Media / APA-da baş direktor dəyişdi

APA-da baş direktor dəyişdi

APA Media Holdinqində ciddi dəyişiklik baş verib.

Bakupost.az -a daxil olan məlumata görə, holdinqin idarə heyətinin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.
Nurşən Quliyevin yerinə – baş redaktor vəzifəsinə isə Fərid Mirzəyev gətirilib.
Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu göstərib.
Mətbuat cameəsindəki bilgilərə görə, V. Mahirqızının ümumiyyətlə holdiqndən uzaqlaşdırıldığı bildirilsə də, hazırda o öz kabinetində işinin başındadır.

Həmçinin oxuyun

Mətbuata ictimai etimad varmı? – VİDEO

Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin budəfəki qonağı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevdir.Verilişdə ictimai …