Azinforum.az Report-a istinadən xəbər verir ki, ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstə uşaqlar arasında anemiyadan əziyyət çəkənlər 28 948 nəfər olub. 2015-ci ildə bu göstərici 28 018, 2010-cu ildə isə 21 566 nəfər təşkil edib.

Eyni zamanda ötən il ilk dəfə yod çatışmazlığı diaqnozu qoyulan uşaqların sayı 353 (2010-cu ildə 460), A vitamini çatışmazlığı diaqnozu qoyulanların sayı 67 (2010-cu ildə 308), boyatmanın ləngiməsi və zəiflik diaqnozu qoyulanların sayı 982 (2010-cu ildə 1024) nəfər olub.

Ümumiyyətlə, ötən il müalicə-proflaktika müəssisələrində qeydiyyatda olan anemiya xəstəsi uşaqların sayı 22 575, yod çatışmazlığı xəstlərinin sayı 672, A vitamini çatışmazlığından əziyyət çəkənlərin sayı 83, boyatmanın ləngiməsi və zəiflikdən əziyyət çəkənlərin sayı isə 664 nəfər olub.