Ana səhifə / Media / Android telefonlarda gizli səsyazma dövrü sona çatır?

Android telefonlarda gizli səsyazma dövrü sona çatır?

İnsanların haqqında danışdığı mövzularla bağlı reklamlar görməsi narahatlıqları “Google”un tədbir görməsinə səbəb olub.
Ölkə.Az xəbər verir ki, “Google”un üzərində işlədiyi yeni əməliyyat sistemi Androis P, arxa planda işləyən tətbiqlərin mikrofona çıxış əldə edərək istifadəçinin səsini yazmasıan mane olacaq.
Yeni versiyanın tanıdılmasına bir neçə həftə qalmış sistemə aid bəzi xüsusiyyətlər ortaya çıxmaqdadır. Bir qədər əvvəl arxa planda işləyən tətbiqlərin kameraya çıxışını qadağan edəcəyi söylənilən Android P, mikrofon dinləmələrinə də icazə verməyəcək.
Bildirək ki, Android əməliyyat sistemlərində istifadəçi tərəfindən mikrofona çıxışına icazə verilən bütün tətbiqlər arxa planda işləsələr də, ətrafda baş verən bütün səsləri qeydə ala bilirlər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …