Ana səhifə / Media / Altı uşaqlı ananın fəryadı: “Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?”

Altı uşaqlı ananın fəryadı: “Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?”

Bakının tarixi “Sovetski” adlanan məhəlləsi artıq xəritədən silinmək üzrədir. Bu məhəllələr Bakının ruhunu qəlbən duya bilməyənlər üçün heç nə ifadə etməyə bilər. Lakin “Sovetski” məhəlləsində doğulub boya-başa çatmış insanlar üçün ora ata yurdu, baba ocağı hesab olunub.

Bu məhəllələrdəki tikililər ilk baxışda əhəmiyyətsiz görünsə də, ancaq onlar köhnə Bakının bir parçasıdır, yəni yaxşı ya pis özəlliyidir, kaloritidir. Həmin ərazidə bu ilin əvvəllərindən başlayan söküntü işləri hələ də sürətlə davam etdirilir. Bakının ən qədim məhəlləsinin daşı-daş üstə qalmayıb. Hazırda “Sovetski” müharibədən çıxmış şəhəri xatırladır. Sökülən evlərin qalıqları bu məhəllənin dar olan küçələrini kəsib, hətta nəqliyyatın və insanların rahat hərəkət etməsi üçün şərait belə yoxdur.

“Sovetski” adlanan məhəllə Bakı şəhərinin yeni baş planına uyğun olaraq sökülür və orada yaşayan sakinlərə mənzilinin hər kvadratmetrinə görə 1500 manat kompensasiya ödənilir. Hökumətin verdiyi kompensasiya ilə razılaşıb köçənlər də var, bunun azlığından şikayət edib, öz evində qalmağı üstün tutanlar da var…

Verilən kompensasiyanın azlığından Tərəfdar.az saytına şikayət edən şəxlərdən biri də 34 yaşlı Rəsulova Nuranə Rafiq qızıdır.
Şikayət əsasında hazırki söküntü prosesinin içində yaşayan 6 uşaqlı ananın durumunu öyrənmək üçün həmin əraziyə baş çəkdik.
O, 6 uşaqla başsız qaldığını və ona təklif olunan məbləğlə razılaşmadığını, yəni mənzil ala bilməyəcəyini deyir və hazırki söküntülərin arasında olan kiçik daxmasında yaşamağa davam edirlər. Ancaq məhəllənin dörd bir yanında gedən söküntü işləri onların həyatını kabusa çevirib.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

“Sovetski” adlanan məhəllənin Bəşir Səfəroğlu küçəsi, ev 75 ünvanında yaşayan şikayətçi, əvvəlcə ona 20 min manat təklif etdiklərini, sonradan 17 min manat verəcəklərini bildirir:

– Hazırda yaşadığım evdə ögey anam, ögey bacı-qardaşım və mən 6 uşaqla qeydiyyatdayam. Bu, ev atamın adına olub. Mənim 8 yaşım olanda atam dünyasını dəyişib. Atam dünyasını dəyişdikdən sonra, ögey anam Rəsulova Nübar gedib evi öz adına özəlləşdirib. Xəbər çıxanda ki, buralar sökülür Maliyyə Nazirliyinin komissiya şöbəsindən Cavanşir müəllim, birdə İcra Hakimiyyətindən gəldilər bizə. Buraların söküləcəyi haqda xəbərdarlıq etdilər və evə 47 min manat pul verəcəklərini bildirdilər. Sonradan həmin 47 min manatı anamgil nə etdilərsə bilmirəm, bəlkə də uşaqlarımdan istifadə edib, başsız qadın olduğumu deyib 7 min də artırıb pulu 54 min manat etdilər. Anamgil əvvəlcə mənim payıma 20 min manat düşdüyünü desələr də, özləri paylarına düşən pulu aldıqdan sonra, mənə 17 min manat verəcəklərini və Cavanşir müəllimgillə birgə sənədə imza ataraq pulu almağımı tələb etdilər. Məndə 17 minə razılaşmayıb bu günə qədər 6 uşaqla başsız söküntülərin arasında yaşayıram.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Nuranə xanım 6 uşaqla çox acınacaqlı, antisanitariyanın hökm sürdüyü bir şəraitdə yaşayır. Toz-torpaq, kanalizasiya suları ərazini xəstəlik mənbəyinə çevirib. Evdə rütubət və üfunət iyindən durmaq olmur.

– Baxın, görün, nə şəraitdə yaşayıram. İki aydır ki, mən susuz, qazsız, işıqsız 6 uşaqla bu daxmanın altında yaşayıram. İki gün bundan qabaq yenə sökməyə gəlmişdilər. Burda göz gözü görmürdü. Söküb dağıtdılar, evin içinə qədər traktoru saldılar, mən də 6 uşaqla çıxmadım evdən. Boğulduq toz-torpaqdan, Təcili Tibbi Yardım çağırdım, uşaqlar tozdan boğulmuşdu. Uşaqların əl-ayağı kəsik-kəsikdir daş parçalarından, evi başımıza uçurtdular. Cavanşir, İlham, İbrahim, birdə Səməd müəllim məni məcbur edirlər ki, qol çəkib 17 min pulu alım. Məndə qol çəkmirəm deyə məni təhqir etdilər və evi sökməyə gələnlərə “girin bunların qolundan tutub atın bayıra, ya da traktoru sürün üstlərinə, qoy, elə içəri də ölsünlər”, dedilər. Sonra da gördülər nə etsələr də çıxmıram, evin yarısını dağıdıb çəkildilər. İki aydır ki, ocaq qalayıb yemək bişirirəm, uşaqlar qonşudan su daşıyır, şam işığına yaşayırıq. İndi içəri keçdiyiniz qapı tərəfdə göydən daşlar tökülür. Uşaqları qorxumdan qapının ağzı tərəfə buraxmıram ki, ordan bir daş qopub üstlərinə düşsə xəsarət alıb ölərlər.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Nuranə xanım hətta dəfələrlə İcra Hakimiyyətinə yaxınlaşdığını və onu həmin qurumun nümayəndələrinin qapıdan qovduğunu bildirdi:

-Dəfələrlə getmişəm İcra Hakimiyyətinə başçının qəbuluna düşüb dərdimi deməyə, məni qapıdan təhqir edib qovublar. İcrada Aygün xanım “get özün nə bilirsən elə” deyib, heç sözümü axıra kimi deməyə qoymayıb. Tural müəllim, İbrahim müəllim də məni acılayıb qovurlar. “Biz burda yetimə baxan deyilik, get, birdə buralar gəlmə” deyirlər. Hətta məni evdən çıxartmağa gələndə də onlara durumumu dedim. Düşündüm başsız qadınam da yazıqları gələr, yaxınlaşdım İbrahim müəllimə mənə kömək etsin, o da əksinə sinəmdən tutaraq məni divara çırğıb “davay, bunları burdan rədd edin” deyib məni təhqir etdi (susur və söhbətə aram verir-red…).

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Bir neçə dəqiqədən sonra davam edir:

-Deyirlər ki, çıxmırlar, sürün üstlərinə tapdalayın, özləri bilər, axırıki sökün buranı. Mən verilən puldan razı deyiləm. Axı sizə kim icazə verir ki, məni təhqir edib 6 uşaqla qaranlıqda, susuz, qazsız otuzdurasınız? Görəsən, bunların çıxartdığı oyunlardan Prezidentin xəbəri var? Adam da başsız qadını təhqir edib, 6 uşaqla küçələrə atar?.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Nuranə xanım hər dəfə gəlib traktorla evin yarısını söküb 6 uşaqla onu qorxuya salıb getdiklərini də əlavə edir:

-Uşaqlarım onların bu hərəkətindən artıq qorxuya düşüb. Gəlib evi sökürlər… Qışqır-bağırla uşaqlarımı qorxuzub, özümü də hədələyib gedirlər. Necə görürlər ki, təmizləyib səliqəyə salmışam, təzədən uçurdub gedirlər. Anam da deyir ki, razılaş qol çək, çıx evdən, yoxsa sənə ondan artıq pul verilməyəcək. Çünki mən öz övladlarımla artıq pulları bölüşmüşəm. Axı 17 minə mən hardan ev alıb 6 uşaqla yaşayım?… Ya mənə əvvəl dedikləri kimi 20 min pul versinlər, yəni evin siyahısında payıma düşəni, ya da ev versinlər ki, mən başsız qadın 6 uşaqla orada yaşaya bilim.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Soruşduq ki, bəs, atanız ölüb, sizin doğma ananız hardadır?

O, bildirdi ki, xəbərim yoxdur, bilmir:

-Anamın harada olmasından xəbərim yoxdur, bilmirəm. Hətta həmişə ögey anamdan soruşsam da, sualımı cavabsız qoyub və heç nə deməyib o haqda. Yadımda deyil anam,yadımda olsaydı, tapıb dərdimi deyərdim. (gözləri dolur, ağlamağa başlayır-red…).

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Şikayətçimiz sonra yenə evin mövzusuna qayıdır, puldan narazı olduğunu və haqqını tələb etdiyini deyib şikayətlənir:

-Mənim payıma düşəni versinlər bu dəqiqə çıxım evdən. Mənə də xoş deyil bu cür şəraitdə 6 uşağımı saxlayım, onlar da xəstəliyə düşsün. Görürsünüz də nə durumdayıq. Məndə normal şəraitdə yaşamaq istəyirəm. Düşünürdüm 20 min manat verərlər, yüngülvari ev tapıb alaram, puldan bir qismini də saxlayıb, müvəqqəti iş tapana qədər balalarımı dolandıraram. Bu evin hər anı təhlükədir, ev də deyil eee (uzadır sözü-red…), balaca sökülmüş daxmadır. Gecə yatanda adi səs eşidən kimi durub neçə dəfə uşaqlara nəzarət edirəm ki, Allah eləməmiş nəsə düşər üstlərinə yıxılmış evim təzədən yıxılar.

Altı uşaqlı ananın fəryadı: "Onun evinə ayrılan kompenasisayanı kimlər kəsir?"

Hər danışdıqca gözləri dolur, dəsmalı üzünə sıxır və başını aşağı salır. Uşaqlar da heç nədən xəbərsiz səs-küy salıb oynayırlar. Biz də söhbətimizi yekunlaşdırıb ordan ayrılırıq.

Məsələni diqqətdə saxlayıb və aidiyyatı qurumlarla əlaqə saxlayacağıq.

Gülnarə Eynullaqızı
Tərəfdar.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın