Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Almaniya Can Dündara toxunulmazlıq statusu verdi

Almaniya Can Dündara toxunulmazlıq statusu verdi

Almaniya Türkiyənin “vətən xaini” elan edib İnterpolun axtarışına verdiyi “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündarı himayəsinə götürüb.
Publika.az xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şafer C.Dündarın həbsinin Almaniyada mümkün olmayacağını deyib.
Can Dündara Türkiyə Diyarbəkir Ali Məhkəməsinin apardığı “terror” istintaqında haqqında həbs qərarı çıxarılıb. Ölkədən mühacirət edən keçmiş redaktor Almaniya vətəndaşlığı aldıqdan sonra həmin ölkəyə yerləşib.
Qeyd edək ki, C.Dündarın Oslo Sülh Universiteti tərəfindən 2017 Nodel Sülh Mükafatına nazimədliyi irəli sürülüb.
Redaktor hazırda alman jurnalistlərlə birlikdə qurduğu “Azadıq” adlı internet platformasında fəaliyyətini davam etdirir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …