Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / “Allah haqqı çox içməmişəm, 50-cə qram” – VİDEO

“Allah haqqı çox içməmişəm, 50-cə qram” – VİDEO

Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub.
Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisə də yaranıb.
Yol polisinin mütəmadi profilaktik tədbirlərinə baxmayaraq, hələ də bəzi şəxslərin spirtli içki qəbul edərək nəqliyyat vasitələrini idarə etməsi hallarına rast gəlinir.
Bu görüntüləri operatorumuz Gəncə-Toğanalı avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində çəkib. Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşlarının reydi nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 13 nəfər akşar olunub. Onlar inzibati məsuliyyətə cəlb edilib.
Yol polisləri həmçinin yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən sükan sahiblərinə qarşı da barışmaz mövqe tutublar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etməyi, xüsusən də sərxoş vəziyyətdə sükan arxasına keçməməyi tövsiyə edir.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın