Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / “Allah bəlanızı versin, şəhid anası verə bilmir mən verərəm” – Tolik “Unibank”ı rüsvay etdi

“Allah bəlanızı versin, şəhid anası verə bilmir mən verərəm” – Tolik “Unibank”ı rüsvay etdi

Xəbər verdiyimiz kimi, Unibank ötən ilin aprel döyüşlərində Şəhid olmuş Baxşəliyev Rəşid Əlifağa oğlunun anası Baxşəliyeva Çimnaz Əsgər qızını 1000 manat kredit borcuna görə məhkəməyə verib.

Bu məsələ məşhur prodüser Tarix Əliyevi (Tolik) də narahat edib. O, xəbəri sosial şəbəkədə paylaşaraq məsələyə belə münasibət bildirib:
“Mən bir şeyi anlamıram, bu “Unibank” bu qədər faiz alır, bu qədər pullar qazanır, yəni 1000 manat nə böyük puldu? Reklamlarında “Ehtiyac krediti veririk ay nə bilim nə krediti” bəs Allah insafınızı kəssin bu şəhid sizə görə canından olub ki, sizin kimi harınlamışlar da dollarları yığıb milyarder olacaqsınız?!! Allah sizin bəlanızı verər inşallah, sizdə o bəzi banklar kimi bağlanarsız. Belədə ki, anam verə bilmir onun canı sağ olsun, mən ölməmişəm!! Verərəm canınızıda alaram!!! Allah o cavan oğlana rəhmət eləsin. Ayıb olsun!! “.
"Allah bəlanızı versin, şəhid anası verə bilmir mən verərəm"
"Allah bəlanızı versin, şəhid anası verə bilmir mən verərəm"

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın