Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Ali məktəblərin təhsil haqqını endirməsi gözlənilən idi” – EKSPERT

“Ali məktəblərin təhsil haqqını endirməsi gözlənilən idi” – EKSPERT

Bəzi özəl ali məktəblər yeni tədris ili üçün təhsil haqlarını aşağı salıb. Universitetdən asılı olaraq təhsil haqları 20, 30, hətta 50%-ə qədər endirilib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycana deyir ki, düşünmürəm ki təhsil haqlarının endirilməsi keyfiyyətə təsir etsin: “Qiymətlərin endirilməsi gözlənilən idi. Keçən il iqtisadi vəziyyətlə əlaqədar olaraq, bir sıra ali təhsil müəssisələrində qəbul planı dolmamışdı. Bizdə məlumatlar var ki, ailələrin bəziləri ödəniş edə bilmədiyi üçün qəbul olunmuş tələbələr universitetlərə getməyib, hətta bəzi tələbələr təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb”.

“Bu iqtisadi çətinliklə, ailələrin ödəniş edə bilməməsi ilə bağlı olan endirimdir. Düşünürəm ki, bu endirim maddi-texniki bazası, müəllim, professor heyəti güclü olan ali məktəblərdə təhsilin keyfiyyətinə təsir etməyəcək” – deyə o bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın