Bazar , Noyabr 17 2019
Ana səhifə / Media / Ali məktəblərdə yenilik – Elektron jurnallar

Ali məktəblərdə yenilik – Elektron jurnallar

Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması – “Unibook” təklif edilib.

Bunu Trend-ə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s imkan verir.

İ.Ələkbərov qeyd edib ki, hazırda “Unibook” artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq edilib və onun üstünlüyündən 9,5 min tələbə və mindən çox müəllim istifadə edir.

Yeni platforma sayəsində hər bir istifadəçi şəxsi profilini aça, gündəlik işlərini planlaşdıra, elektron kitabxanaya giriş əldə edə bilər.

Həmçinin oxuyun

Şeyx Əbdül: Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar

Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar …

Bir cavab yazın