Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Ali məktəblərdə təhsilin idarə edilməsi üzrə yenilik

Ali məktəblərdə təhsilin idarə edilməsi üzrə yenilik

Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması – “Unibook” təklif edilib.

Bunu Trend-ə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s imkan verir.

İ.Ələkbərov qeyd edib ki, hazırda “Unibook” artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq edilib və onun üstünlüyündən 9,5 min tələbə və mindən çox müəllim istifadə edir.

Yeni platforma sayəsində hər bir istifadəçi şəxsi profilini aça, gündəlik işlərini planlaşdıra, elektron kitabxanaya giriş əldə edə bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın