Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Aldığınız telefon sonradan bloklana bilər – VİDEO

Aldığınız telefon sonradan bloklana bilər – VİDEO

Mağazadan nəğd ödənişlə təzə telefon alan Orxan Məmmədlinin telefonu bir müddət sonra bloka salınıb.

Telefonu işlədə bilməyən sahibi bununla bağlı telefonu aldığı mağazaya müraciət etdikdə isə məlum olub ki həmin telefon başqa birisi tərəfindən kreditlə alıb. Və ümumiyyətlə işlənməmiş halda yəqin ki ucuz qiymətə başqa bir mağazaya satılıb. İndi isə telefonun əvvəlki sahibinin borcuna görə bağlanıb. Orxan Məmədli deyir ki, indi mağzadan nə pulunu ala bilir nə də əvəzinə başqa problemsiz telefon.

Orxan Məmmədli mağazaya gedəndə hətta onu hədələdiklərini də deyir.

Məsələni dəqiqləşdimək üçün həmin mağazaya üz tutduq. Onlar nəyinki faktı təsdiqlədilər hətta eyni problemlə bir neçə müşətrinin üzləşdiyini də etiraf etdilər.

Satıcıların dediyinə görə telefonun kreditdə olub olmadığını hər hansısa sistem vasitəsi ilə təyin etmək mümkün olmadığından sonradan belə hallar çox olur və ən çox ziyan da onlara deyir.

Hüquqşünas Xəyal Bəşirli isə satıcının həmin telefonun kreditdə olduğunu bilib bilməməsindən asılı olmayaraq məsuliyyət daşıdığını deyir. Onun sözlərinə görə, burda müştəri aldadılıb və haqlı olaraq telefonun dəyərində pul məbləğini, ya da eyni telefonu mağazadan tələb edə bilər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın