Ana səhifə / Media / “Akkord” vətəndaşın hüquqlarını pozur…

“Akkord” vətəndaşın hüquqlarını pozur…

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev ittiham olunduğu məhkəmə prosesində son söz olaraq deyib ki, “Mən ümumi ədalətə inanıram”. Cahangir Hacıyevin bununla nə demək istədiyi tam aydın deyil. Ancaq qənaət ondan ibarətdir ki, ABB-nın sabiq sədri hər kəsin öz əməlinə görə cavab verəcəyinə inanır. Bütün dinlər də bunu təlqin edir ki, insan övladı əməlinin cavabınıverəcək. Hansı dinə məxsus olmasından asılı olmayaraq tək Allaha inanan hər kəs də ürəyinin dərinliyində ümumi ədalətə inanır. Bu inam dünyəvi ədalət yerini almayanda daha da güclənir və insanlar ümidlərini Allahın ədalətinə bağlayırlar. Dövlətin ədalətini göstərəcəyi gündən ümidini üzənlərdən biri də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsində yaşayan Xalidə İsaxan qızı Adıgözəlovadır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayonu, Balaxanı qəsəbəsində fasad materialları istehsalı zavodunun inşaasını apararkən Xalidə İsaxan qızı Adıgözəlovaya məxsus fərdi yaşayış evini qəzalı vəziyyətə salıb. Bunu təsdiq edən rəsmi sənədlər də var. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Xalidə Adıgözəlovanın rəsmi müraciəti əsasında onun evinə baxış keçirib və müfaviq akt tərtib ediblər. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Göksel Aybekə, sürəti isə Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsində yaşayan Xalidə İsaxan qızı Adıgözəlovaya göndərilən məktubda aşağıdakı fikirlər yer alıb: “Rəhbərlik etdiyiniz Cəmiyyətin Balaxanı qəsəbəsində yerləşən ərazisində, tikinti-quraşdırma işləri aparan zaman, ağır tonajlı (Rokson) mexanizmilərindən istifadə olunması nəticəsində Partizan Məmməd küçəsində yaşayan vətəndaş Adıgözəlova Xalidə İsaxan qızı ona məxsus fərdi yaşayış evinə ziyan dəyməsi barədə Fövqəladə hallar Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətə əsasən fərdi evə mütəxəsislərimiz tərəfindən baxış keçirilmiş və müvafiq akt tərtib olunmuşdur.

Baxış zamanı aşkar olmuşdur ki,istinad divarının bünövrə çalasında qazıntı işləri aparılan zaman ağır tonajlı yer qazan (Fokson) mexanizmlərindən istifadə olunması nəticəsində fərdi yaşayış eviinin divarlarında keçici çatlar və bünövrəsində çöküntü əmələ gəlmişdir.

Qeyd edilənləri nəzərə alaraq, vətəndaşa dəymiş ziyanın aradan qaldırılması, tikinti-quraşdırma işlərini layihəyə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl etməklə, eyni zamanda lazımı təhlükəsizlik tədbirləri yerinə yetirilməsinin təmin edilməsi Sizə tapşırılır”. Agentliyin rəis müavini Təyyar Hüseynlinin imzaladığı bu məktuba 2 vərəqdən ibarət olan Akt, dəymiş zərəri əks etdirən 9 ədəd fotoşəkil əlavə edilib.

“Fövqəladə” kimdir ə?

Əcnəbi vətəndaşın rəhbərik etdiyi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətində isə Azərbaycan dövlətinin təsisatlarından biri olan Fövqəladə Hallar Nazirliyini, deməli həm də Azərbaycan dövlətini aşağılayaraq “Fövqəladə kimdir ə?” cavabını verərək FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzaladığı məktubu şikayətçinin üstünə atırlar. Bu da azmış kimi bu zaman cəmiyyətdə yüksək mövqeyə sahib şəxslərin adından istifadə edilərək şikayətçiyə “Sən bilmirsən Akkord kimindir?-deyə hədə qorxu gəlirlər. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-i isə Fövqalədə Hallar Nazirliyini aşağıladığı kimi Sabunçu rayon Məhkəməsini də saymır. Xalidə Adıgözəlovanın evinin qəzalı vəziyyətə gətirilməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin icraatında olan iş artıq iki dəfədir ki, “Akkord”un nümayəndəsinin iştirak etməməsi səbəbindən baş tutmur. Belə görünür ki, “Akkord”a iddialara ğörə -“Sən bilmirsən Akkord kimindir?-deyə hədə qorxu gəlməyə öyrəşiblər.

“Akkord”un kimə məxsus olduğu şikayətçiyə nəinki məlum deyil, hətta maraqlı da deyil. Çünki, Azərbaycan Konstitusiyasına görə hər kəs qanun qarşısında bərabərdir. Hər kəsin qanun qarşısında bərabər olduğunun göstəricisidir ki, Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısında “Akkord” şirkətlər qrupuna daxil olan daha bir şirkətin – “Property İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fariz İbrahimlinin də adı var.Ötən il qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var və buna görə MMC-nin direktoru Fariz İbrahimovun ölkədən çıxışına qadağa qoyulub. MMC-nin iki rəsmi təsisçisindən biri “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Məlumatlara görə, dövlət büdcəsinə borcu olan isə yalnız Property İnvestments” MMC-i deyil. Məsələn, “Akkord Hydrotechnical Construction Company” MMC-nin borcu 1 milyon 944 min 242 manat, “Akkord Nəqliyyat” MMC-nin – 238 min 592 manat, “Akkord Mərmər Qranit” MMC-nin – 141 min 946 manat, “Akkord Steel Construction Company” MMC-nin – 59 min 654 manat, “Bakı-Əhəng” ASC-nin – 128 min 169 manat borcu var.

Göründüyü kimi “Akkord” yalnız vətəndaşın evini qəzalı vəziyyətə gətirməklə qalmır, həm də dövlət büdcəsinə ödəmələri etmir. Bu isə Azərbaycan dövlətinin tədricən zəifləməsi deməkdir. “Akkord”un dövlət və vətəndaşlar qarşısındakı borcuna əməl etməsi tələbi indi cəmiyyətin əsas müzakirə mövzularından biri olmalıdır. Cəmiyyət Azərbaycan xalqının ən yaxşı oğul və qızlarının qanı bahasına qurulan dövləti aşağılayan bir şirkətin fəaliyyətinə qiymət verməli, onun qanunlara və dövlət təsisatlarına hörmətlə yanaşmasını təmin etməlidir. Əks halda “Akkord” bu gün Fövqalədə Hallar Nazirliyini aşağıladığı , Sabunçu rayon Məhkəməsinin məhkəməyə çağırışlarına əhəmiyyət vermədiyi, büdcə qarşısında öhdəliklərini yerinə yetirmədiyi kimi başqa hərəkətlər də edə bilər. Əslində, onun bu günə kimi etdikləri, Sabunçu rayon Məhkəməsinin çağrışlarına əməl etməməsi, külli miqdarda vergini ödəməməsi hüquqi məsuliyyət yaradır. İctimaiyyət Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin hüquqi məsuliyyəti ilə bağlı kəskin tələblər qoymalı və bu qurumun qanunlara hörmət etməsini tələb etməlidir. (Sozcu.info)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın