Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Ailənin cəmi iki uşağı vardı, ikisi də eyni vaxtda gölməçədə boğuldu

Ailənin cəmi iki uşağı vardı, ikisi də eyni vaxtda gölməçədə boğuldu

Qazaxda iki azyaşlı qardaşın faciəvi şəkildə gölməçədə boğulması ilə bağlı təfərrüatlar məlum olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində şirkətlərdən birinə məxsus çınqıl karxanası ərazisindəki gölməçədə baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu qardaşı, 2007-ci il təvəllüdlü Nihadla ərazidə mal-qara otaran zaman gölməçədə çimmək istəyib. Suya girdikdən bir müddət sonra Lətif boğulmağa başlayıb. Bunu görən Nihad onu xilas etmək üçün suya girib. Lakin o da boğulub.

Kənd sakinlərinin dediyinə görə, uşaqların bazardan evə qayıdan anaları İndira Bayramova onları mal-qara otardıqları ərazidə görmədiyi üçün axtarmağa başlayıb. Ana ekskavatorların çay kənarında qazdığı çalada yaranmış gölməçənin yanından keçən zaman övladlarından birinin paltarlarını görüb. Əraziyə yaxınlaşan zaman gölməçədə oğlunun əlini görən ana ətrafdakıları köməyə çağırıb. Uşaqların hər ikisi sudan çıxarılıb. Qeyd edək ki, ailənin iki ovladı var imiş.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın