Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / “AİLƏ NET”-in müştəri məyusluğu – Zəif internet və yalançı vədlər…

“AİLƏ NET”-in müştəri məyusluğu – Zəif internet və yalançı vədlər…

Ölkədə internet provayderlərinin xidmətləri ilə bağlı zaman-zaman problemlər ortaya çıxır. Müştəri narazılıqlarına rəğmən əksər provayderlər problemin tezliklə həllinə nail olmaq üçün rəqabətə girir.
Ancaq deyəsən, “Caspian Telecom” MMC şəbəkəsinə daxil olan və guya, abunəçilərə ən son texnologiyalara əsaslanaraq genişzolaqlı yüksəksürətli fiber-optik internet xidmətləri təklif edən  “Ailə NET” bundan uzaqdır.
Belə ki, son zamanlar “AİLƏ NET” istifadəçiləri bu provayderin xidmətlərindən əməlli-başlı narazıdır. Buna səbəb isə müqavilədə nəzərdə tutulan internet surətinin olmamasıdır. Ən ciddi problem isə şirkətin guya internet zəifliyini modemlə əlaqələndirməsi və müştərilərin  modemi yeniləməsinə rəğmən problemin həl olunmamasıdır.
Hazırda “AİLE NET”in xidmətin istifadə edən Gununsesi.info xəbər saytı son günlər internet sarıdan ciddi problemlər yaşamaqdadr.
Xəbər portalı kimi əhalini operativ xəbərlərlə təmin etməyi qarşımıza məqsəd kimi qoysaq da lakin “AİLE NET” bərbad interneti nəticəsində çətinliklər yaşayırıq.
Problemin həlli ilə bağlı dəfələrlə şirkətə etdiyimiz zənglə cavabsız qalıb. Günlərdir ki, texniki heyət göndəriləcəyi bildirilsə də ancaq bu baş verməyib.
Müqaviləmizə əsasən 75 manat müqabilində bizə verilməli olan 25 MB/s surət  2 MB/s-ni keçmir. Demək olar ki, günün 3-4 saatı müxtəlif fasilələrlə internet ümumiyyətlə dayanır.
Gununsesi.info olaraq, şirkətdən öz öhdəliklərinə əməl etməməsi ilə bağlı “Delta-Telekom”a və aidiyyatı qurumlara müraciət edəcəyik. (Gununsesi.info)

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …