Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Ağsuda tarixi abidə və ziyarətgahın ərazisi zibilxanaya çevrilib

Ağsuda tarixi abidə və ziyarətgahın ərazisi zibilxanaya çevrilib

Ağsu şəhərində arxeoloqların aşkarladığı qədim tarixi abidənin ərazisində aparılan qazıntı sahəsi baxımsız qaldığından zibilxanaya çevrilib. Baxmayaraq ki, bu tarixi abidə həm də ziyarətgah kimi qəbul olunur və insanlar bura tez-tez üz tuturlar. Bərbad vəziyyətə düşən abidə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşib.

Xezerxeber.az bildirir ki, görüntülər Ağsuda yerləşən Şıxməzid türbəsi və eyni adlı qəbiristanlıqdandır. 400 il tarixi olan məzarlıq baxımsız haldadır.

2012-2013-cü illərdə həmin ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən qazıntı işləri aparılıb. Hazırda 14-17-ci əsrlərə aid abidənin ətrafına məişət tullantıları atılır.

Tarixçi Fariz Xəlillinin sözlərinə görə, abidə bir müddət mühafizə olunsa da, sonradan ona ögey münasibət göstərilib. Tarixi abidənin yaxınlığında yaşayan insanlar deyirlər ki, əraziyə məişət tullantıları sakinlər tərəfindən atılır.

Ağsu rayon Mənzil Kommunal İstismar İdarəsinin rəisi Əli Müstafayev bildirib ki, tullantılar həmin ərazidən yığışdırılacaq. Yaz aylarında isə həmin əraziyə ümumilikdə tullantıların atılmasının qarşısı alınacaq.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın