Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Media / Ağsu aşırımında yol genişləndiriləcək – VİDEO

Ağsu aşırımında yol genişləndiriləcək – VİDEO

Xüsusən qış aylarında sürücülər Ağsu aşırımında avtomobil idarə etməkdə böyük əziyyət çəkirdilər. Çünki bu yolda bir çox hallarda sürüşmələr olurdu və yol deformasiyaya uğrayırdı. Artıq bu problemlər tam aradan qaldırılacaq. Belə ki, yolun yenidən qurulması üçün layihə hazırlayıb.

Sürücülərin əziyyət çəkdiyi və sürüşmələrin ən çox olduğu Ağsu dolayları əsaslı şəkildə yenidən qurulacaq. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sözügedən yolun böyük bir hissəsində yenidənqurma işləri həyata keçirəcək

Bu işlər zamanı Ağsu dolaylarında genişlənmə işləri aparılacaq. İki zolaqdan ibarət olan Ağsu dolayları bəzi hissələrdə 3 zolaq olacaq. Bu da avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulur. Layihə çərçivəsində yolun ən təhlükəli yerlərində genişləndirmə işləri də aparılacaq.

Dolaylarda yağış və qrunt sularının ərazidən uzaqlaşdırılması üçün küvetlər inşa ediləcək. Bundan əlavə, sürüşmələrin qarşısını almaq məqsədi ilə mühəndis qurğuları da inşa ediləcək.

Hazırda layihənin təkmilləşdirilməsi üzərində işlər aparılır və yolun gələn il təmir edilməsi planlaşdırılır.

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın