Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / «Ağdamlı Dəmir»in on milyonlara başa gələn «İron» hoteli

«Ağdamlı Dəmir»in on milyonlara başa gələn «İron» hoteli

Fahişəxana kimi ad çıxırmış obyekt ötən il «vurulmuşdu», amma bu gün yenə də fəaliyyətini davam etdirir İş adamı Dəmir Abdullayevi kim (lər) müdafiə edib?

«MTN işi» qalmaqalında adı hallandırılan şəxslərdən biri də iş adamı, «Ağdamlı Dəmir» kimi tanınan Dəmir Abdullayev idi. Hətta bir müddət əvvəl onun həbsi barədə məlumat da yayılmışdı. Amma sonradan bu xəbər təsdiqini tapmadı. Məlumat üçün bildirək ki, Dəmir Abdullayev Azərbaycanın ən böyük avtomobil salonlarının sahibidir. İddialara görə, o avtomobil biznesindən əldə etdiyi milyonlarla digər sahələrdə böyük biznes şəbəkəsi yaradıb.

Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, «Ağdamlı Dəmir»in ən gəlirli obyektlərindən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «İron» hotelidir. Hansı ki, bu hotelin adı ötən ilin fevral ayında ölkə mətbuatının gündəminə gəlmişdi. Belə ki, ötən il sözügedən hoteldə fahişəxana aşkar edilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən “İron” hotelində əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib. Bakının Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində hoteldə əxlaqsızlıqla məşgul olan 10 dan çox qadın saxlanılıb. Həmin vaxt hotel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı haqda xəbərlər yayılmışdı. Qeyd edək ki, o vaxtlar «MTN işi» qalmaqalı gündəmdə olmadığı üçün Dəmir Abdullayev kimlərinsə köməyi sayəsində təhlükədən xilas ola bildi. Maraqlıdır ki, «Ağdamlı Dəmir» bəzi himayədarlarının «vurulmasına» baxmayaraq, «İron» hotelini yuxarıda qeyd olunan təyinatı üzrə hələ də işlədir. Saytımıza daxil olan məlumatda deyilir ki, əvvəlki kimi yenə də bu hoteldə əxlaqsız işlər cərəyan edir: «Hamıya bəllidir ki, bir müddət əvvəl hoteldə fahişəxana aşkar olundu. Amma hotel fəaliyyətini bir saat da olsa dayandırmadı. Bu gün də yüngül zhəyat tərzi keçirən qadınlar bura gəlir və müştəriləri ilə hər oyundan çıxırlar.Bu hotellə bağlı daha bir ilginc faktı diqqətinizə çatdırmaq istəyirik. Hotelin Dəmir Abdullayevə məxsus olmasını təsdiq edən amillərdən biri «iron» sözünün ingiliscədən Azərbaycan dilinə tərcüməsi ilə bağlıdır. Belə ki, ingilis dilindən tərcümədə «iron» sözü dəmir mənasını verir. Burdan isə belə aydın olur ki, iş adamı on milyonlara başa gələn hotelinə məhz öz adını verib. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. (gundelik-bakı)

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın