Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / Ağdam İcra başçısının “qoçusu” jurnalistə hücum etdi

Ağdam İcra başçısının “qoçusu” jurnalistə hücum etdi

Kütləvi informasiya vasitələri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

M a d d ə 1. Kütləvi informasiya azadlığı
Vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığı öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək, məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ deməkdir.

Son günlərdə bəzi məmurların öz başnalığı baş alıb getməkdədir. Qoçuluq, vətəndaşları incitmək, kimlərəsə arxayınlıq və s. Bəzi rayonlarda icra başçıları özlərini müdafiyə etmək üçün yanlarında “pezəvəng”lər saxlayırlar ki, buda hansısa məsələ ilə bağlı şikayətə gələn vətəndaşların başında çartlayır.

Bu gün söhbət açacağımız rayon müəyyən hissəsi Erməni işğalında olan Ağdam rayonudur. Ağdam rayon icra hakimiyyəti Quzanlıda yerləşdiyindən vətəndaşlar öz şikayətlərini icra başçısına bildirmək üçün bu qəsəbəyə üz tuturlar.

Ağdam rayon İcra başçısı Raqub Məmmədovu tapmaq müşkil məsələyə çevrilib. Nə vaxt insanlar dərtlərini deməyə gəlir, Raqub Məmmədov ya qonaqla olur yada hardasa istirahətdə. Bir sözlə qeyrətli Ağdam əhalisi öz İcra başçısının üzünə həsrətdirlər.

Hardan gəlir, hardan otağına daxil olur, Raqub müəllimdən cin-şeytanda baş açmır. Bir sözlə Ağdamlıların işi Allaha qalıb.

Bu gün Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələfli Ağdamda olarkən gözlənilmədən hücuma məruz qalıb. Beləki Ağdamda vətəndaşlarla söhbəti zamanı öz peşə fəaliyyətini yerinə yetirərkən Ağdam icra hakimiyyətinin hüquq şöbəsində çalışan rayonda Raqub Məmmədovun qoçusu kimi tanınan dəfələrlə insanları döymək üstündə (Hətta xanımları belə)Hüquq mühavizə orqanlarına düşən, amma nədənsə Raqub Məmmədovun müdaxiləsi ilə hələdə öz işində qalıb işləyən Taleh Tanrıverdiyev qanunla öz vəzifəsini yerinə yetirən jurnalistə qol gücünə güvənərək qanunla və fiziki cəhətdən kobudluq etmişdir.

Taleh Tanrıverdiyev öz qol gücünə və vəzifəsinə arxayın olub Xəbəral.az saytının baş redaktorunun şəxsi telefonunu alaraq boğazından yapışmış Mirismayıl Xələflidə olan şəkilləri silməyi tələb etmişdir. Hal bu ki Mirismayıl Xələflidə Talehin işinə aid heç bir şəkil olmayıb.

Bir neçə saat hətta əlbə-yaxa mübahisədən sonra rayon camaatı icra hakimiyyətinin binasına daxil olaraq “Jurnalisti buraxmır pəzəvəng” deyə qışqırıblar.

Mirismayıl Xələfli Taleh Tarıverdiyevin “ulğumlamasından” sonra rayon rəhbərliyini yerində ola ola tapa bilməyən jurnalist Mirismayıl Xələfli Ağdam İcra başçının 1 ci müavini Allahverən müəllimlə görüşmüş və Talehin cəzalandırmasını söyləmişdir.

Bir sözlə, Taleh Tanrıverdiyev Ağdamda söz və yumruq sahibidir. Raqub Məmmədovun qocusu kimi sayılan kiçik bir məmur özünü nə hesab edirsə, bilmirik bir onu bilirik ki, Taleh Tanrıverdiyev qanunları saymır özünü nə hesab edirsə bu cür getsə əli qana bulaşacaq və Raqub Məmmədova üz ağlığı gətirməyəcək.

Xəbəral.az Saytının Baş redaktoru Mirismayıl Xələfli sözügedən məsələ ilə bağlı artıq aidiyyatı qurumlara, Cənab prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban Əliyevaya yazılı şikayət məktubunu göndərib. İnanırıq ki, təhqir olunmuş jurnalistin haqqı yerdə qalmayacaq. (Musteqil.az)

Həmçinin oxuyun

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni …