Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır… (FOTOFAKT)

Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır… (FOTOFAKT)

Sakinlər ərazinin satılmasına etiraz edirlər; edilən şikayətlər nəticəsiz qalıb

Ağcabədi şəhər stadionunun ərazisi hissə-hissə satılır. Bu barədə müsavat.com-a rayon sakinləri məlumat veriblər. Stadionun satılmasında rayon icra başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədovun adı çəkilir. İndiyə qədər edilən çoxsaylı şikayətlər nəticəsiz qalıb.
Redaksiyamıza daxil olan məlumatla bağlı araşdırma apardıq. Əldə etdiyimiz faktlar məlumatın doğru olduğunu sübut etdi. Araşdırmalarımız nəticəsində o fakt üzə çıxdı ki, stadionun ərazisi Lətafət Həsənova adlı şəxsə satılıb.
Satıldığı bildirilən stadion ərazisindən redaksiyamıza foto və videolar daxil olub.
(Video-fakt daha sonra sayta qoyulacaq) Şəkillərdən və videodan da aydın görünür ki, stadiona aid olan ərazidə obyekt tikilib. Həmin tikilinin ön tərəfi stadionun divarı tərəfdir, tam hazır olandan sonra divar söküləcək.
Amma bundan başqa əraziyə daxil olan digər yerlər də satılıb, ancaq hələ ki, tikinti başlamayıb,bünövrəsi salınıb.
Görüntülərə baxanda stadionun bərbad gündə olması, təmir işləri aparılmadığı da görünür. Mərkəzi stadionun hissə-hissə satılması və stadionun bərbad gündə olması rayon əhalisini ciddi narahat edir. Sakinlər bu özbaşınalığa son qoyulmasını, stadionda tikilən obyeklərin sökülməsini, stadionun təmir edilməsini tələb edirlər. Məlumat verən şəxslər onu da qeyd etdilər ki, yaxın günlərdə sakinlər baş verənlərlə bağlı stadionun ərazisində aksiya keçirəcəklər.
Mövzuda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq
• Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır... (FOTOFAKT)  Yüklə
• Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır... (FOTOFAKT)  Yüklə
• Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır... (FOTOFAKT)  Yüklə
• Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır... (FOTOFAKT)  Yüklə
• Ağcabədidə icra başçısı rayonun stadionunu hissə-hissə satdırır... (FOTOFAKT)  Yüklə

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın