Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / Ağcabədidə HƏYAT İFLİC OLUB – 27 dekabrdan kəsilən işıqlar acınacaqlı vəziyyət yaradıb

Ağcabədidə HƏYAT İFLİC OLUB – 27 dekabrdan kəsilən işıqlar acınacaqlı vəziyyət yaradıb

Əgər üzən məzənnəyə keçilibsə Mərkəzi Bank hansı haqla kommersiya banklarına valyuta alqı – satqısında 4 faizlik limit qoyur? Tutaq ki, ölkədə dollar ajiotajı var və hansısa bank əlavə mənbələrdən yüksək faizlə dollar cəlb edir
o zaman bəlkə 10 faiz də rəsmi məzənnəni ötüb keçə bilər. maraqlı sual yaranır, üzən məzənnə hara, məzənnənin inzibati yolla cilovlanması hara?
Moderator.az-ın əməkdaşı bu sualla tanınmış bank mütəxəssisi Əkrəm Həsənova müraciət edərək aşağıdakı cavabı alıb:
“Əlbəttə, üzən məzənnə və məzənnə limiti bir-birinə zidd yanaşmalardır. Bu sadəcə mümkün olan şey deyil. Məzənnəni ya Mərkəzi Bank müəyyən etməlidir, ya da bazar. Mərkəzi Bankın limit müəyyən etməsi o deməkdir ki, məzənnəni əvvəlki kimi Mərkəzi Bank diqtə edəcək, yəni bazar yox. Sadəcə Mərkəzi Bank bir-birinə zidd yanaşmaları bəyan etməklə məsuliyyətdən yayınmaq istəyir. Növbəti devalvasiyalar üçün özünü sığortalayır. Deyəcək ki, mənlik deyil, manat üzür, buna görə də devalvasiya bazarın məhsuludur.
Banklara gəldikdə onların indi dollar borcu cəlb edə bilməsi problemli görünür, çünki onlara etibar azdır, etsələr də, yerləşdirə bilməyəcəklər”.

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın