Bazar , Oktyabr 17 2021
Ana səhifə / Media / “Ağabəy Əsgərov Nəşriyyatı “reket yuvası”na çevirmişdi“

“Ağabəy Əsgərov Nəşriyyatı “reket yuvası”na çevirmişdi“

“Azərbaycan” Nəşriyyatının durumu uzun müddətdir müzakirə mövzusudur. Yüzlərlə media təmsilçisinin çalışdığı binanın təmirə ehtiyacı olduğu vurğulanır. Bu fonda ölkə başçısının qərarı ilə “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovu vəzifəsindən azad etməsi fonunda nəşriyyatın durumu ilə bağlı müzakirələr intensivləşib. 

Tanınmış jurnalist Seymur Verdizadə Nəşriyyatın problemlərinin həlli yollarını Modern.az-la bölüşüb.

Seymur Verdizadə bildirib ki, Ağabəy Əsgərov nəşriyyatı “reket yuvası”na çevirmişdi:

“Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovun vəzifədən uzaqlaşdırılması əksər jurnalistlər kimi mənim də ürəyimcə oldu. Çünki o, Nəşriyyatı “reket yuvası”na çevirmişdi. Beş-üç ciddi media qurumu istisna olmaqla mətbuatın üz qarası olan qəzetlərin, saytların hamısı orda cəmləşib. Adını heç vaxt eşitmədiyim saytlar və onların dəllal baş redaktorları sözdən “pul qırxmaqla” məşğul idilər.

O cür yaramaz adamların üzündənadam jurnalist olduğunu dilinə gətirməyə utanır.“Azərbaycan” Nəşriyyatı “ilan yuvası”dır. Məncə, “ilan yuvası”nı dağıtmağın vaxtı çatıb”.

Jurnalist qeyd edib ki, nəşriyyat birinci mərtəbədən sonuncu mərtəbəyə qədər əsaslı təmir olunmalıdır.

“Hesab edirəm ki, Nəşriyyat əsaslı təmir olunmalıdır. Birinci mərtəbədən tutmuş sonuncu mərtəbəyə kimi dezinfeksiya olunmalıdır. Nəşriyyatın divarlarından rüşvət qoxusu gəlir. Bu qoxu tualetlərdən gələn iyrənc qoxu ilə qarışıb adamın ürəyini bulandırır. Nəşriyyat təmir olunandan sonra otaqlar çox ucuz qiymətə ciddi, aparıcı redaksiyalara kirayə verilməlidir. Əsas məsələ “reket”lərin ayağını Nəşriyyatdan kəsməkdir. Ağabəy Əsgərovun sələfindən ən böyük gözləntim budur”. 

Həmçinin oxuyun

Məhkəmə Anar Məmmədovla bağlı qərar verdi: “Məlahət Qurbanova bacarmadı”

Gəncə Apellyasiya Məhkəməsi jurnalist Anar Məmmədovla bağlı qərar verib. Bu barədə A.Məmmədov özü məlumat verib. …