Şənbə , May 21 2022
Ana səhifə / Media / “Adım yazılan stula hücum olub, guya “ziyalı”dır, “qhtşnik”dir, əslində isə mədəniyyətsiz, ədəbsizdir”

“Adım yazılan stula hücum olub, guya “ziyalı”dır, “qhtşnik”dir, əslində isə mədəniyyətsiz, ədəbsizdir”

“Bir anlıq təsəvvür edin, həvəslə, həddən ziyadə həvəslə, yüksək əhval ruhiyyə ilə tədbirə gəlirsən və… məlum olur ki, üzərinə adın yazılan stula ibtidai hücum olub; qəbilə nümayəndələri xüsusi amansızlıq və vəhşiliklə sənin adın yazılan kağızı cırıb qopararaq sənin üçün nəzərdə tutulmuş yerə çöküblər, məhz çöküblər. İbtidai icma quruluşunun “ənənələrini” sədaqətlə genetikalarında, zehinlərində və təhtəlşüurlarında  daşıyan insanabənzərlər məhz belə etdilər, öncə adlarımızı cırıb qoparıb yerimizdə oturdular, sonra heç nə olmamış kimi üzümüzə baxıb gülümsədilər, sonra rahatlıqla yerimizdə yayxandılar və media təmsilçiləri olaraq biz tədbiri (Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalını nəzərdə tutur-red) ayaq üstdə seyr etməli olduq”.

Bunu “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal bildirib.

“Bu insanabənzərlər hələ də o təfəkkürdədirlər ki, kim qabağa düşdüsə, əlinə keçəni qamarlaya, parçalaya, özününkü hesab edə bilər, qəbilə qaydalarına tam əməl edərək. Və onlar guya “ziyalı”dır, “qhtşnik”dir, əslində isə mədəniyyətsiz, ədəbsiz və mərifətsizdirlər…” – o qeyd edib.

Həmçinin oxuyun

Qadir İbrahimli barədə ÜZÜCÜ XƏBƏR

Tanınmış jurnalist, iqtisadçı Qadir İbtahimlinin vəziyyəti getdikcə ağırlaşır.Bakupost.az -ın məlumatıma görə, həkimlər ümidsiz olduqlarını bildiriblər.Hazırda süni …