Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / ACCESS Bank ölən adamı məhkəməyə verir – FOTO

ACCESS Bank ölən adamı məhkəməyə verir – FOTO

Cəlilabad sakinləri üzləşdikləri problemdən dolayı ,bankla bağlı Rusiya prezidenti Vladimir Putina müraciət etməyə hazırlaşırlar

Cəlilabad rayonu, Qarazəncir kənd sakini Camalxan Bayramov olduqca maraqlı bir məlumatla çıxış edib. JAM.AZ-a ünvanlanan məktubda vurğulanır ki, “Access Bank” Qeyri-Bank kredit təşkilatı yeznəsi Əhmədov Fikrət Zahidxan oğluna nə az, nə çox -32 faizə 7000 manat kredit verib.
O bildirib ki, həmin məbləğin 5 ayını ödədikdən sonra yeznəsi Fikrət qəflətən yol qəzasına düşərək vəfat edib. «Vəfat etdikdən sonra yas mərasimində yığılan puldan kreditin 3 ayı da ödənilib. İndi yadelli işğalçı Hoffmanın bankının “işgüzar” işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Bizə hədə-qorxu gəlirlər, zəng edib təzyiq edirlər, tələb edirlər ki, evimizi satıb o pulu ödəyək. Bu bank Azərbaycanda 10 minlərlə insanın evini əlindən alıb».
Camalxan Bayramov yazır ki, dəfələrlə rəsmi qurumlara bu barədə şikayətlər yazıblar, amma baxan yoxdur. «Son ümid yerimiz cənab Putindir. Müraciətimizə yenidən baxılmasa, Putinə müraciət edəcəyəm. Putin Suriya xalqını vahhabi terrorçularından qurtardı, şiələri xilas etdi, bizi də xilas edər. Azərbaycan xalqı artıq bu zülmlərdən cana bezib. Söydüyünüz Sovet hökumətinin vaxtında banklar xalqa borclu idi, amma indi hər evin banka 2-3 borcu var».
Cəlilabad sakini bildirir ki, yeznəsi kasıb adam idi və ailəsini güclə dolandırırdı. «İndi isə qızımla 3 körpə uşaqları qalıb problemlər içində. Mən özüm də 1-ci qrup əliləm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edirlər ki, evinizi satmalı da olsa, bizim pulumuzu verin. Belə ağçılıq olarmı? Ölüdən pul tələb etmək ancaq Azərbaycanda ola bilər, başqa ölkələrdə yox! Bizim ölkədə bank ölən adamın da evini əlindən ala bilir, dəfələrlə bu cinayətin şahidi olmuşuq. Bu genosiddir! Mən Rusiya Dövlətinə yazıb xahiş edəcəm ki, Azərbaycanda bank terroruna son qoyulsun».
Camalxan Bayramov JAM.AZ-a yazır ki, bankın işçisi qızının həyətinə gələrək hədələyir ki, məhkəməyə verib başlarına oyun açacaqlar. «Kimə şikayət edəsən, kimə deyəsən? Bank işçiləri açıq-aşkar deyir, gedin hara yazırsınız yazın, hökumət bizim işimizə qarışa bilməz. Danışanda adamla qanun adından danışırlar, elə bil Azərbaycana qanunları bunlar qoyub. Biz olmuşuq oğru, bank sələmçiləri olub doğru!»
Şikayətçi daha sonra yazır: «“Access Bank” QSC-nin Cəlilabad filialının ağıllı müdiri Nuraləm Səfərov 16 sentyabr 2014-cü il tarixdə vəfat etmiş yeznəm Əhmədov Zayidxan Fikrət oğluna 20 may 2016-ci ildə məktub yazmışdır. Məktubda mübarək adı olan Nuraləm müəllim Fikrətdən tələb edir ki, banka olan borcunu versin. Nuraləm müəllim mərhuma deyir ki, əgər banka olan borcunu gətirib verməsən, hüquq-mühafizə orqanlarına müraciət edib səni tutduracağam! Mərhumun zaminlərinə göndərilmiş məktublarda isə deyilir: “Hazırda Əhmədov Fikrət Zayidxan oğlu kredit müqaviləsinin şərtlərini pozmuş və kredit ödəməkdən yayınır”! Əcaib-qəraib zamanlara gəlib çıxmışıq! Bu rəzaləti durdurun!»
Cəlilabad sakini qeyd edir ki, yeznəsi həmin bankın daimi müştərisi olub, onlardan uzun illər pullar götürüb, vaxtında ödəyib, digərləri kimi uzun illər onlara qul işləyib, xeyir verib. «İndi həmin xeyirin müqabilində bank onun ailəsinin qanını içir. Özü də yeznəm dəfələrlə Access Banka bildirib ki, məni sığorta edin. Lakin Access Bankın bu işdə marağı olmadığından etməyib. Bu qaniçən bank saysız-hesabsız vəfat etmiş adamların evini əlindən alıb, ailəsinə problemlər açıb, heç nədən Azərbaycan vətəndaşlarının başını ağrıdıb».

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın