Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / ABŞERONDAKI 10 SAYLI MƏKTƏBDƏ BAZAR AÇILIB – “Valideynlər dilənib məktəbə pul verirlər”

ABŞERONDAKI 10 SAYLI MƏKTƏBDƏ BAZAR AÇILIB – “Valideynlər dilənib məktəbə pul verirlər”

Tanınmış jurnalist İlqar Qulusoy övladının oxuduğu Abşeron Gənclər Şəhərciyində yerləşən 10 saylı məktəbdə direktorun açdığı bazar qiymətləri ilə bağlı status paylaşıb. Azinforum.az jurnalistin fikirlərini olduğu kimi təqdim edir:

“8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb  şənlik keçirdiblər. Bunun təhsilə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir?
Zatən valideynlər azı 30 man müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək…
Novruz bayramı ərəsəində 30 manat novruz şənliyi üçün pul yığılır. Başa düşə bilmirəm kosa, keçəl hollivuddan gəlir?
Uşağın nəyinə lazımdır bu tədbir? Bəyəm yuxarı sinif uşaqlarını cəlb edərək kosa , keçəl edib onların aktyorluq qabiliyyətlərini artırmaq olmazmı?
Əlavə olaraq hər bir uşaq üçün 5 manat pul tələb olunur. Novruz xonçası üçün. Uşaq müəllimə deyir ki mamam xonça bəzəyib gətirəcək. sinif rəhbəri deyir lazım deyil 5 manat gətirin özümüz alacağıq….. 2 ci sinif uşağı ilə müəllimə arasında dialoqa baxın…

dir

Test pulu , lövhədə yazmaq üçün marker alınması…
Bununla hansı təhsildən danışmaq olar?
Abşeron Gənclər Şəhərciyində yerləşən bu məktəb ödənişli mədəniyyət evinə çevrilib. Valideynlər var hələ evinə 100 qram qoz ala bilməyib amma borc tapıb uşağına verir ki sinifdə seçilməsin. Adamlar tanıyıram ışıqları kəsilib borca görə qaranlıqda otururlar. Amma dilənib məktəbə pul verirlər.
Bu ölkədə qayda qanunlar yoxdurmu?
Hara baxır Təhsil Nazirliyi?
Hara baxır Abşeron İcra Hakimiyyəti?

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın