Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Abşeronda göl daşdı, evləri su basdı

Abşeronda göl daşdı, evləri su basdı

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar. Əməliyyat saat 19:07-də başa çatıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın