Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / “ABŞERON” gənclər şəhərciyində qazın verilməsi dayandırılıb – ETİRAZ

“ABŞERON” gənclər şəhərciyində qazın verilməsi dayandırılıb – ETİRAZ

“Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb.

Bu barədə Sherg.az-a bir qrup şəhərcik sakini məlumat verib.

Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından komplkesə qazın çəkilməsi işi başlanılsa da, dünən işlər dayandılıb:

“İki -üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən “Akkord” tikinti şirkəti
Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik”.

Sakinlər onu da diqqətə çatdırırblar ki, soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur:

” Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə “divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçrilib. Hər dəfə “qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.

Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Qış aylarında camaat soyuqdan “qırılır”.
Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi “kondisioner” və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq. Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq”.

Sakinlər bu həftə sonu şəhərcikdə geniş tərkibli etiraz aksiyası keçirəcəklərini və Bakı – Sumqayıt yolunu bağlayacaqlarını deyiblər.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın