Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / AAAF Park əleyhinə kampaniya başladıldı

AAAF Park əleyhinə kampaniya başladıldı

Narazılar Facebookda qrup yaradaraq, şirkətin bütün fırıldaqlarını ictimailəşdirirlər

AAAF Parkla bağlı skandal getdikcə böyüyür. Bir neçə gün bundan əvvəl şirkətdən mənzil almış Seymur Hacı adlı şəxs Facebook səhifəsində başına gələnlərdən bəhs etmişdi. Hətta iddia etmişdi ki, AAAF Park rəhbərliyi ona satılan mənzilin qıfılını belə qırıb.
JAM.AZ xəbər verir ki, sözügedən şirkətdən narazı olanların sayı getdikcə artır. Artıq Facebookda şirkət əleyhinə kampaniya geniş vüsət almağa başlayıb. Belə ki, bununla bağlı narazılar sosial şəbəkələrdə anti-kampaniya başladıblar və səhifə yaradıblar. “AAAF Parkdan narazı vətəndaşların haqq səsi” adlı səhifənin qısa müddətdə 1000-dən artıq üzvü var. Səhifədə əsasən şirkətin qanunsuz addımları, fırıldaqları və vətəndaşları aldatması ilə bağlı məlumatlar yayılır. Bu zaman həm narazılar, həm də mətbuatda gedən yazılar geniş yayımlanır.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın