Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / “8-ci kilometr” bazarı sel suları altında qalıb – FOTOLAR

“8-ci kilometr” bazarı sel suları altında qalıb – FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq yağan güclü yağış nəticəsində şəhərin bir çox hissəsi sel sularına qərq olub. 
Ən pis vəziyyət isə “8-ci kilometr”  bazarında yaşanıb. Bazarın tavanı köhnə olduğundan yağış bazarı tanınmaz hala salıb. Əsasən geyim mağazaları olan bölmədə obyektlər su içərisində qalıb, mallara ziyan dəyib.  Satıcılar mağazalarını tez bağlamalı olublar.
Yağış ən çox çadırla örtülən mağazalara ziyan vurub. Sel  suları bazarın yuxarı hissələrində olan tullantıları avtomobillərin intensiv hərəkət etdiyi magistral yola töküb. Yağış suları magistral yolda yığılaraq, yolun çökək hissəsində göl əmələ gətirib. Avtomobillərin və piyaldaları  gediş-gəlişi çətinləşib.
Nəticədə “8-ci kilometr”  bazarının önündə tıxac yaranıb. 























Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın