Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / 773 azərbaycanlı uşaq övladlığa verilib

773 azərbaycanlı uşaq övladlığa verilib

Azərbaycanda 2016-ci ildə 773 uşaq övladlığa götürülüb. Bunlardan 371 nəfəri qızdır.

Dövlət Statistika Komitəsindən bildirilib ki, övladlığa götürülən uşaqların 167 nəfəri 1 yaşına qədər olanlardır. Onların da 90 nəfəri qız uşaqlarıdır.

Ötən il 1-5 yaş arası 344 nəfər (onlardan 161-i qız), 6-10 yaş arası 152 nəfər (onlardan 70-i qız), 11-17 yaş arası 110 nəfər (onlardan 50-i qız) övladlığa verilib.

2016-c ildə 63 uşağın övladlığa götürülməsi barədə qərar ləğv edilib. Bunlardan 2 nəfəri 1 yaşına qədər (qız uşaqları), 8 nəfəri 1-5 yaşına qədər (2-i qız), 11 nəfəri 6-10 yaşına qədər (5-i qız), 42 nəfəri isə 11-17 yaşına qədər ( 13-ü qız) olan uşaqlardır.

Qeyd edək ki, 2015-ci ildə 805 uşaq övladlığa götürülüb, 66 uşağın isə övladlığa verilməsi barədə qərarı ləğv edilib. 2014-cü ildə isə 918 uşaq övladlığa verilib və 69 uşağın övladlığa veruilməsi barədə qərarı ləğv edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın