Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / 700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb – Fotolar

700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb – Fotolar

Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplamış, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün düşmüş Müşfiq Orucovun ailəsinin sosial durumu çox bərbad vəziyyətdədir.

Ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır. Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub, amma şəhidin valideynləri bunu qəbul etməyib.

Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi də bu otaqda yeyirlər, yatmağa da bu otaqda yatırlar, qonağı da bu otaqda qarşılayırlar.

Şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar. (big.az)

700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb - FOTOLAR
700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb - FOTOLAR
700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb - FOTOLAR

 

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın