Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / 600-dən yüksək bal toplayıb tələbə ola bilməyənlərlə bağlı – AÇIQLAMA

600-dən yüksək bal toplayıb tələbə ola bilməyənlərlə bağlı – AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi bu il 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisəsinə qəbul olmayan abituriyentlərlə bağlı məsələyə münasibət bildirib.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında bildirib ki, həmin abituriyentlər ixtisas seçimi zamanı ərizələrində yalnız dövlət sifarişli plan yerləri yazıblar:

“DİM-in yaydığı məlumatda qeyd edilib ki, III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1 nəfər kəsilib və tələbə adını qazanmayıblar. III ixtisas qrupunda 668 bal toplayan abituriyent ərizəsində sadəcə BDU-nun “Hüquq fakültəsi”ni ( dövlət sifarişli) yazıb. Yəni, həmin abituriyent yalnız həmin ixtisas üzrə ödənişsiz təhsil almaq istəyib və başqa ixtisas üzrə oxumaq istəmir. Bu il isə BDU-da Hüquq ixtisası üzrə formalaşmış keçid balı 674-dür.

Eyni zamanda 620-dən yuxarı bal toplayan abituriyent Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ( ödənişsiz) ixtisasında təhsil almaq istədiyindən ixtisaslaşmada ancaq o ixtisası qeyd edib. Ümumiyyətlə, hər bir abituriyentə imkan verilir ki, ixtisas seçimi zamanı ərizəsində 15-ə qədər ixtisas kodunu qeyd etsin. Yüksək bal toplayaraq heç bir yerə qəbul olmayan həmin abituriyentlər də ya bir ixtisas seçib ya da ancaq dövlət sifarişli yerlər yazdıqları üçün bal uyğun olmadığından müsabiqədən keçməyiblər”.

X.Xanlarzadə bildirib ki, keçid balları müsabiqə nəticəsində müəyyənləşir:

“Abituriyentlər çox vaxt ixtisas seçimi edərkən ötən ilki keçid ballarına baxaraq istiqamət götürürlər. Car ilin keçid balları isə yalnız müsabiqə nəticəsində formalaşır”.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın