Ana səhifə / Media / 57 sürücünün əmək haqqı verilmir… – VİDEO

57 sürücünün əmək haqqı verilmir… – VİDEO

30 saylı marşrut avtobusunda sürücü işləyən Adil Bayramov müdiriyyət tərəfindən aldadılğını deyir.
Musavat.com-un əməkdaşına danışan şikayətçi onunla birgə 57- sürücünün də ədalətsizliklə üzləşdiyini bildirir. “ Fevral ayından 30 nömrəli marşrutda sürücü işləyirəm.
Marşrut xəttlərindəki avtobusların sayını azaldıb, işçiləri də çöldə qoydular. Fevral ayından bəri pulumuzu ala bilmirik. Sürdüyümüz avtobusları isə banka satmağa qoyublar. Rezerv yox, pulumuz tükənib. Bizimlə müqavilə bağlayıb,bir gündən bir 10 manat pul verirdilər. İndi onu da vermirlər.Yalandan deyirlər rəhbər şəxsləri tutublar. Bunun günahkarı biz deyilik ki…Hər gün gəlib əliboş qayıdır. Bu qədər sürücünün adını siyahıdan çıxarmadılar ki, adımıza gələn pulları mənimsəsinlər. Bir sözlə bizi işlədib, pulumuzu yedilər”.
Şikayətçi marşrut sürücülərinin əmək haqqının marşrut xəttinə cavabdeh olan Sənan Cəfərovun mənimsədiyini iddia edir: “ Noyabrın 24-də, axşam saatlarında bu məsələyə görə toplaşıb etirazımızı bildirdik. Polis əməkdaşlarına da problemimizi danışdıq. Əmək haqqımız verilməsə etirazlarımızı davam etdirəcəyik.Hər sürücüyə minumum 1500-2000 manatdan pul verilməlidir. Şəxsən yoxlatdırmışam, adıma 2200 manat pul var.
Bu bizim haqqımızdır.Ancaq Sənan dediyimiz şəxs qaçıb, gizlənir. Bir dəfə qarşılaşdıq, yalandan dedi ki, kredit götürüb, sizə çatan vəsaiti ödəyəcəm. Bu söhbətdən sonra yox çıxdı. Dünən isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində olduq, şirkətin rəhbər şəxsləri əmək haqlarımızı verəcəklərinə söz verdilər. Bu günə qədər gözləmişik, bir-iki gün də gözləyərik. Bizi aldatsalar etirazımızı bildirmək üçün yuxarı instansiyaların qarşısında toplaşacağıq”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın