Ana səhifə / Media / “5 nəfərə ölüm kabusu yaşadan sürücü hələ də azadlıqdadı”

“5 nəfərə ölüm kabusu yaşadan sürücü hələ də azadlıqdadı”

Bir müddət bundan öncə Dirli Qurbani Məclisinin üzvülərindən 5 nəfər cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Həmin qəzada bir nəfər aşıq dünyasını dəyişdi, ağır xəsarət alan Aşıq Dərya Mərdanzadə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında iki dəfə ağır kəllə-beyin əməliyyatı keçirdi.

AzNews.az Aşıq Dərya Mərdanzadənin müsahibəsini təqdim edir:

-Hadisədən xeyli keçib. Aşıq Dərya Mərdənzadə həmin qəzanın təsiri altından çıxa bilib?

-Biz hərbi hissəyə əsgərlər üçün konsert verməyə gedirdik. Mən çox vətənpərvər aşığam. Ümumiyyətlə, aşıq vətənpərvər olmalıdır. Cəbhə bölgələrdə nə vaxt tədbir olubsa, orada həmişə başda mən olmuşam. Demişəm ki, belə tədbirlər mənsiz olmaz. Amma etiraf edim ki, bəzi insanlar belə deyil. Ona əsgərlər üçün nəzərdə tutulan konsertlərə dəvət alanda “vaxtım yoxdur, başqa işlərim var” və s. bəhanəsi ilə aradan çıxıb. Onlar bilmir ki, vətənə qulluq edənlərin bizim dəstəyimizə ehtiyacı var. Vətən bizimdir. Ona görə də hər bir sənət adamı vətən deyib əsgərlərin yanında, cəbhə bölgəsində olmalıdır. Biz də sənətimiz, səsimizlə onlara dəstək oluruq. Onları bir gün də olsa sevindirmək savabdı. Biz də həmin konsertə gedəndə sürücü məsuliyyətsizliyinin qurbanı olduq. Dəhşətli bir qəza idi. Allah heç kəsə yaşatmasın.

-Hadisə necə oldu? Ümumiyyətlə, qəzanı, o günü xatırlayırsınız?

-Çox təəssüf… Həmin günü tamamilə xatırlaya bilmirəm. Çünki mən sürücü əhlikefliyinin ucbatından ağır yaralandım, zədələr aldım. Başımdan iki dəfə əməliyyat olundum. Sadəcə, yanımda, ətrafımda olan insanlar indi həmin hadisəni danışır. Və hardasa düşünürəm ki, onlar düz deyir.

-Qəzada maşında neçə nəfər var idi?

-5 nəfər idik. Onlardan biri jurnalist idi. Qarşıda oturan Həsən adlı aşıq elə oradaca dünyasını dəyişdi. Yerdə qalan sərnişinlər qəza vaxtı müxtəlif dərəcəli bədən xəsarəti aldılar. İndi kənardan baxanda cərahiyyə əməliyyatı aparılan yerlər aydın görünür.

-Yəni, qəza sizdə həm də iz qoyub?

-Bəli, nə yazıq ki, biz o izi hələ daşımaq məcburiyyətindəyik. Çünki maddi vəziyyətimiz imkan vermir ki, o izi itirək. Üçüncü dəfə əməliyyat olunmalıyam. Buna isə maddi gücümüz yoxdur.

-Üçüncü əməliyyat Bakıda olmalıdır, yoxsa xarici ölkələrdə…Həkimlər nə deyir?

– Bu barədə danışmaq çox çətindir. Hər dəfə o hadisəni xatırlayanda yenidən qəza keçirmiş kimi oluram. Yəqin nə vaxtsa üçüncü dəfə əməliyyata girəcəm.

-Aşıqlar Birliyində vəziyyət necədir, gedib-gəlirsiiz?

-Sizə bu ağır faciəni yaşadan, bir nəfərin ölümünə, 4 nəfərin isə müxtəlif bədən xəsarəti almasına səbəb olan sürücü deyəsən cəzasız qalıb?

-Sürücü həbs olunmadı. Artıq belə şeylərə alışmalıyam.

-Bəli, özü də tez-tez. Aşıqların tədbirlərində iştirak edirəm, onların həyat və yaradıcılığı haqda kitablarla maraqlanıram. Bu gün cəmiyyətdə aşıq sənətinə meyillik var. Əvvəl bu sənətə üz tutanlar az idi, indisə çoxalmaqda davam edir. Bu da sənətin inkişafından xəbər verir.

-Deyirsiniz ki, aşıq sənətinə üz tutanlar çoxalır. Sözlərinizdən belə başa düşülür ki, Aşıqlar Birliyi mərhum şair Zəlimxan Yaqubun deyil, Məhərrəm Qasımlının rəhbərliyi dövründə daha qabarıqdı?

-Hər ikisinin öz yeri var. Zəlimxan müəllimin dövründə Aşıqlar Birliyinin bir başqa özəlliyi vardı, Məhərrəm Qasımlının da həmçinin. Məhərrəm Qasımlı sədr olmamışdan öncə bu sənətdə olub, aşıqlara dəstəyini əsirgəməyib. Onun televiziyada gözəl verilişi var, istedadlı aşıqlar onun sayəsində tanınır. O, istedadlı aşığı kənarda qoymaz.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın