Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “5-ci sinfə kimi kənddə oxumuşam…” – 700 bal toplayan İlhamə

“5-ci sinfə kimi kənddə oxumuşam…” – 700 bal toplayan İlhamə

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

“ Azinforum.az ” xəbər verir ki, imtahanda yüksək nəticəyə göstərən 17 yaşlı İlhamə Hüseynova təəssüratlarını AzVision.az-la bölüşüb. O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istədiyini deyib.

“700 bal toplayacağıma inanırdım. Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər.

İki il repetitor yanında hazırlaşmışam. 5-ci sinifə kimi Goranboyda Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbində oxumuşam. Sonradan Bakıya köçmüşük. Artıq qərarımı vermişəm, sənədlərimi BDU-nun hüquq fakültəsinə verəcəyəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim”.

İ.Hüseynova orta məktəbi əla qiymətlərdə bitirdiyinə görə qızıl medala layiq görülüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın