Ana səhifə / Media / 440 abituriyent tələbə olmaq istəmədi

440 abituriyent tələbə olmaq istəmədi

Ali təhsil müəssisələrində ixtisas seçimində iştirak edən 440 abituriyent ərizəsini təsdiq etməkdən imtina edib.

Tələbə Qəbuluü zrə Dövlət Komissiyasından verilən məlumata görə, həmin abituriyentlər ərizələrinə daxil olub, doldursalar da, təsdiqlətməyiblər.

Məlumatda həmçinin bildirilib ki, 29 iyul-10 avqust aralığında keçirilən ali təhsil müəssisələrinə ixtisas seçimində 38 114 abituriyent ərizəsini təsdiq edib.

Xatırladaq ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi ötən gecə – 10 avqustda saat 24:00-da başa çatıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın