Ana səhifə / Media / 42 min manata yaxın vəsait işəgötürəndən alınıb işçilərə verildi

42 min manata yaxın vəsait işəgötürəndən alınıb işçilərə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş mürciətlər əsasında 41 921 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, həmin məbləğin 98 faizi gecikdirilmiş əmək haqlarından, 2 faizi isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. “Əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi barədə ayrı-ayrı müraciətlər də diqqətlə araşdırılıb və nəticələrinə uyğun şəkildə obyektiv tədbirlər görülüb. İş yerlərində əmək qanunvericiliyinin pozulması, habelə əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”,-E.Babayev bildirib. (Virtualaz.org)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın