Cümə , Aprel 26 2024
Ana səhifə / Media / 41 dərəcə istidə işləyən var? – Nazirlikdən açıqlama

41 dərəcə istidə işləyən var? – Nazirlikdən açıqlama

“Ölkəmizin Əmək Məcəlləsinə əsasən, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada, eyni zamanda sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda bütün növ işlər dayandırılmalı,  işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Lakin qeyd olunan iş yerlərindən başqa digər iş yerlərində (o cümlədən sərinləşdirici qurğular olan yerlərdə) işin dayandırılması qanunvericilikdə nəzərdə tutulmayıb”.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

E.Babayev qeyd edib ki,  hər il olduğu kimi, cari ilin yay mövsümündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə müvafiq xəbərdarlıq edilib: “İşəgötürənlərə müraciətdə havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə qanunvericiliyə əsasən görülməli olan tədbirlər diqqətə çatdırılıb. Həmçinin, o da bildirilib ki, işçilərə sərinləşmək üçün imkan yaradılması üçün verilən fasilələr iş vaxtına daxil edilməlidir. Verilən fasilənin sayı, müddəti  isə işəgötürənlə  həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Eyni zamanda, belə  fasilələr zamanı əmək haqqının da işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İşçinin təqsiri üzündən baş verməyən bu cür boşdayanma vaxtının haqqı tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”.

Şöbə müdiri onu da bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən edilən xəbərdarlıqdan sonrakı müddətdə iş yerlərində havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayan şəraitdə işlədilməsinə dair yazılı və şifahi formada, habelə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzi vasitəsilə hər hansı müraciət qeydə alınmayıb: “Əgər belə bir müraciət olarsa, Xidmət tərəfindən obyektiv şəkildə araşdırılaraq, qanunvericiliyin tələbləri əsasında müvafiq tədbirlər görüləcək”, deyə E.Babayev bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın