Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / 3300-dən çox əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

3300-dən çox əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin birinci rübü ərzində 3300-dən çox əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ƏƏSMN yanında DƏMX tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusu aşkar edilib.
Təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdan satış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların böyük əksəriyyəti işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub. Bəzi pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib. Qeyd olunan dövrdə aşkar olunan hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37901 manat və ya 10,05 faiz çoxdur.
DƏMX işçi vətəndaşların əmək hüquqlarının təmin olunması istiqamətində nəzarət tədbirləri həyata keçirməklə yanaşı, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar işəgötürənlərə mütəmadi olaraq lazımı metodiki köməkliklərin göstərilməsini, müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasını da təmin edib.

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın