Ana səhifə / Media / 33 qəzetə maliyyə yardımı ayrıldı – Siyahı

33 qəzetə maliyyə yardımı ayrıldı – Siyahı

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun MüşahidəŞurasının növbəti iclası keçirilib. Fondun MüşahidəŞurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

1. Fondun 2018-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyətəqdim edilmiş layihə sənədlərinin müzakirəsi vətəsdiqi;

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin müzakirəsi və təsdiqi;

3. Cari məsələlər.

Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədəətraflı məlumat verən Vüqar Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədləətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov – sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti

Qəzetlər

Təklif olunan məbləğ

1.

“Kaspi” qəzeti

60 000

2.

“Yeni Azərbaycan” qəzeti

60 000

3.

“Səs” qəzeti

60 000

4.

“Mövqe” qəzeti

60 000

5.

“Ədalət” qəzeti

60 000

6.

“525-ci qəzet”

60 000

7.

“Bakı-Xəbər” qəzeti

60 000

8.

“Yeni Müsavat” qəzeti

60 000

9.

“Kaspiy” qəzeti

60 000

10.

“Ekspress” qəzeti

60 000

11.

“Palitra” qəzeti

60 000

12.

“Paralel” qəzeti

40 000

13.

“Həftə içi” qəzeti

40 000

14.

“Azad Azərbaycan” qəzeti

40 000

15.

“Şərq” qəzeti

40 000

16.

“Xalq Cəbhəsi” qəzeti

40 000

17.

“Futbol+Qol” qəzeti

40 000

18.

“Bizim Yol” qəzeti

40 000

19.

“Olaylar” qəzeti

40 000

20.

“Novoye Vremya” qəzeti

30 000

21.

“Futbol+” qəzeti

30 000

22.

“Üç Nöqtə” qəzeti

30 000

23.

“Azernews” qəzeti

30 000

24.

“Unikal” qəzeti

20 000

25.

“Olimpiya Dünyası”qəzeti

20 000

26.

“Oxu məni” qəzeti

20 000

27.

“Hürriyyət” qəzeti

20 000

28.

“Reytinq” qəzeti

9 000

29.

“Təhsil Problemləri” qəzeti

9 000

30.

“The Business Times” qəzeti

9 000

31.

“Hərbi And” qəzeti

9 000

32.

“Türküstan” qəzeti

9 000

33.

“İqtisadiyyat” qəzeti

9 000

CƏMİ

33 Redaksiya

1.234.000

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …