Ana səhifə / Media / 314 şagird buraxılış imtahanından kənarda qaldı

314 şagird buraxılış imtahanından kənarda qaldı

Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ilində məlumatları “Şagird-məzun” sisteminə daxil edilmiş, lakin buraxılış imtahanlarına buraxılmayan IX və XI sinif şagirdlərinin siyahısını açıqlayıb. DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, 224 nəfər IX sinif şagirdindən 223-ü təhsildən yayındığından, 1 nəfər isə hərbi xidmətdə olduğundan onların biliyi qiymətləndirilməyib.

Onun sözlərinə görə, 129 nəfər XI sinif şagirdindən 10 nəfəri hərbi xidmətə çağırıldığına görə, 28 nəfəri qeyri-kafi aldığı və 91 nəfəri təhsildən yayındığı üçün imtahana buraxılmayıblar.

DİM rəsmisi qeyd edib ki, 2016/2017-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji -tibbi – pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı isə 859 nəfərdir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın