Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / 3 günə 800 sürücü cərimələnib – Ehtiyatlı olun!

3 günə 800 sürücü cərimələnib – Ehtiyatlı olun!

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-ə yaxın sürücü cərimələnib.

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini diqqətə çatdıran V.Əsədov sürücüləri zolağa daxil olmamağa çağırıb.

IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.

Qaydanı pozan sürücülər 40 manat cərimə olunur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın