Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Media / “26 Bakı Komissarı” küçəsinin adı dəyişdiriləcək

“26 Bakı Komissarı” küçəsinin adı dəyişdiriləcək

Sabunçu rayonununda küçələrdən birinin hələ də “26 Bakı Komissarı” adını daşıması son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri “trafaret”lər yenilənsə də, köhnə küçə adlarının dəyişdirilməməsindən gileylənib.

Məsələylə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həqiqətən də rayonun ərazisində bu adda küçə var. Eyni zamanda Sovet dövründən qalan “Anaşkin” küçəsi və digər belə küçələr mövcuddur. Lakin küçələrin adlarının dəyişdirilməsi proses şəklində həyata keçirilir. Məsələn, son bir ildə Nardaranda 22 küçənin adı dəyişdirilərək yeni adlar verilib.

Sözügedən “26 Bakı Komissarı” və digər küçələrlə bağlı yaxın bir ay ərzində işlər görüləcək. Hazırda yeni adlar təklif kimi hazırlanır və Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın