Ana səhifə / Media / 25 əlil Prezidentə müraciət etdi – Mətn

25 əlil Prezidentə müraciət etdi – Mətn

25 nəfər ümumi xəstəliyə görə əlil olmuş 1-ci qrup əlillərin adından Prezident İlham Əliyev və bir sıra başqa şəxslərə müraciət olunub. Müraciətə imza atan şəxslər həmin şikayətin bir nüsxəsini də, Azinforum.az İnformasiya Portalına ünvanlayıblar. Onlar şikayətin saytımız vasitəsilə də ictimailəşməsini istəyillər.  Azinforum.az həmin mətni təqdim edir:

“Hörmətli cənab prezident! Hörmətli cənab Baş nazir, nazirlər və millət vəkili! Biz aşağıda imza edən bir qrup ümumi xəstəliyə görə əlil olan şəxslər Sizə müraciət edərək sosial problemlərimizin həllində bizə köməklik göstərməyinizi xahiş edirik.
Hörmətli prezident!
Biz ümumi xəstəliyə görə əlilliyi olan şəxslər Azərbaycan Respublikasının daxili və xarici siyasətini, ölkənin idarə olunmasında tutduğumuz mövqeyi bəyənirik. Ulu öndər H. Əliyev cənablarının qoyduğu yolu layiqincə davam etdirirsiniz. Ölkəmizin nüfuzunu beynəlxalq aləmdə günü-gündən qaldırır, əhalinin rifah halının yaxşılaşdırılması üçün əlinizdən gələni edirsiniz. Ölkəmizin iqtisadiyyatını yaxşılaşdırmaq üçün bir sira beynəlxalq layihələrə imza atmış və bunların uğurla həyata keçirilməsinə nail olmusunuz. Ölkəmizi təhlükəsiz və çiçəklənən bir diyara çevirmisiniz.
Cənab prezident!
Siz ölkədə yaşayan əlillərin rahat yaşaması, onların müalicə alması üçün də çox böyük işlər görmüsünüz. Əlilliyi olan uşaqların təhsil alması üçün internat məktəbi, peşələrə yiyələnmək üçün 1saylı internat tipli peşə reabilitasiya mərkəzi, müalicə almaları üçün bərpa-reabilitasiya mərkəzlərini əsaslı təmir edərək müasir standartlara uyğunlaşdırmış qaydada əlillərin istifadəsinə veribsiniz. Bütün bunlara baxmayaraq əlilliyi olan insanların sizin diqqət və qayğıniza daima ehtiyac hiss edirlər. Əlilliyi olan insanların sosial müdafiəsi və hüquqlarının qorunması haqqında ölkəmizin çox gözəl qanunları var. Həmin qanunlar icra orqanları tərəfindən yerinə yetirilmir və əlilliyi olan şəxslərə suni maneələr yaradılır.
Həmin suni maneələr aşağıdakılardan ibarətdir.
1. Ümumi əlilliyi olan şəxslərə səhiyyə xidməti demək olar ki, yarıtmaz vəziyyətdədir. Dövlət xəstəxanalarında əlil arabasında olan xəstələrin müalicə alması üçün demək olar ki, heç bir şərait yoxdur. Bərpa və reabilitasiyasıya ilə yanaşı iynə dərman müalicəsini almalı olan xəstə bunu Bərpa mərkəzlərində almalıdır. Əlilliyi olan şəxslər iki nazirlik Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında qalmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bərpa mərkəzlərində fizoterapiya, bərpa və reabilitasiya müalicəsinin təşkili ilə işini bitirmiş hesab edir. Ehtiyac içərisində olan imkansız əlillər bundan yararlana bilmirlər və nəticədə fizoterapiya müalicəsinin heç bir effekti olmur.
2. Uşaqlıqdan və ya sonradan əlil olmuş, əmək stajı olmayan əlillərə verilən sosial müavinətlər həddindən artıq aşağıdır. Verilən məbləğin yaşayış minimumu ilə uyğunlaşdırılmayıb, bu da onların normal yaşaması və müalicə almasına mane olur.
3. Ümumi xəstəliyə görə əlil olan şəxslərin işlə təminatı yoxdur. II və III qrup əlillər tam olaraq əmək qabiliyyətini itirmiş hesab olunmasalar belə əmək müəssisələri onları işlə təmin etməkdən boyun qaçırırlar.
4. Ümumi xəstəliyə görə əlil olan I qrup əlillərin xüsusi diqqət və qayğıya ehtiyacları olmasını həkim ekspert komissiyası nəzərə alaraq bunu qeyd etdiyi halda onu valideynlərinə və yaxud qohumlarından birinə həvalə edərək ona heç bir müavinət verilmir. Xəstəyə qulluq müddəti qanunla əmək stajı sayılması müəyyən edilsə də icra hakimiyyəti orqanı tərəfindən onun verilməsinə suni əngəl yaradırlar. Bəzən bu işin sonu məhkəmələrə gedib çıxır və təəssüflər olsun ki, çox vaxt məhkəmələr tərəfindən vətəndaşların deyil icra hakimiyyəti orqanlarının mövqeyi müdafiə olunur.

5. Ümumi əlilliyi olan şəxslərin mənzillə təminatı, onların mənzillərinin onlara uyğunlaşdırılması, onların rahat hərəkət etmələri üçün mənzillərinin qarşısına pandusların qurulması qanunla icra hakimiyyəti orqanlarına tapşırılsa da onlar bunu erməkdən boyun qaçırırlar. Əsas olaraq buna görə dövlət budcəsindən bizə vəsait ayrılmır demələridir. Bu da əlilliyi olan şəxslərin illərlə əzab – əziyyətli bir şəraitdə yaşamaları məcburiyyəti ilə üz-üzə qoyur.
Ümumi xəstəliyə görə əlillərin mənzillərinin təmirə ehtiyacı yaranarsa bunu yerli icra hakimiyyətləri və bələdiyyələrin həyata keçirilməsi bildirlsə də onlar bundan boyun qaçırırlar. Ehtiyac içərisində yaşayan əlillərə əlavə problemlər yaradırlar.
6. Əlil arabasına möhtac qalmış I qrup əlillərin motorlu əlil arabaları ilə təmin olunmalarına, park və xiyabanlarda, ictimai yerlərdə, idarə və təşkilatların qabaqlarında onların rahat hərəkət etmələri nəzərə alınmamış və həmin yerlərdə panduslar quraşdirilmamışdir.
Cənab prezident!
Bütün bunları nəzərə alaraq, biz aşağıda imza edən bir qrup ümumi xəstəliyə görə əlil olan şəxslər Sizə müraciət edərək,ümumi xəstəliyə görə əlil olmuş şəxslərin səhiyyə xidmətlərinin, bərpa və reabilitasiyasının, I qrup əlilləri himayə edən şəxslərə əlavə olaraq sosial müavinətlərin verilməsini, əlilə xidmət vaxtı əlillik dərəcəsinin verildiyi andan etibarən əlilə xidmət edən şəxsə əmək stajının sayılmasını, əlillərə verilən pensiya və sosial müavinətlərin məbləğinin minimum əmək haqqı ilə uyğunlaşdırılmasını, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, təmirə ehtiyacı olan evlərdə təmir işlərinin aparılmasına köməkliyin göstərməsini və ümumi xəstəliyə görə I qrup əlil arabasına möhtac qalmış əlillərin motorlu əlil arabaları ilə təmin olunmalarına köməklik göstətməyinizi xahiş edirik.
Hörmətli cənab prezident!
Sizə inanır, sizə güvənir, sizdən imdad diləyirik. Bizim problemlərimizin həllində bizə yaxından köməklik göstərməyinizi artıq dərəcədə xahiş edirik. Özümüzün və ailə üzvlərimizin adından Sizə qabaqcadan təşəkkurumuzu bildiririk.

1. Quliyev Rəfail Ağamir oğlu

2. Hacılı Zaur Nəsir oğlu

3.Hüseyn-zadə Aidə Lazım qızı

4. Allahverdiyev Araz Ayvaz oğlu

5. Bayramova Sülhanə Ağaşərif qızı və başqaları...

AZİNFORUM.AZ

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın